Yevlax rayonunda Qarabağ kanalında batan 26 yaşlı gəncin meyiti tapılıb.
Bədbəxt hadisə kanalın Yevlax rayonunun Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc-Axtarış qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində gəncin meyiti kanalın Bərdə rayonu ərazisindən keçən hissəsində — "Bərdə postu" kimi tanınan ərazidə tapılaraq sahilə çıxarılıb.
Meyit aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: publika.az