İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində məscid yaxınlığında atışma baş verib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər əraziyə atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.
Bildirilib ki, insident zamanı ölən və ya yaralanan olmayıb. Atışma Aşura mərasimlərinin keçirildiyi ərazidə baş verib.
Hazırda şəhərdə vəziyyətin sakit olduğu qeyd olunub
Mənbə: publika.az