Türkiyənin Bursa şəhərində bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl ehtiyatsızlıq nəticəsində zibil qutusuna atılıb.
TRT Haber-in məlumatına görə, ailə başçısı oğurluq təhlükəsindən ehtiyat edərək qızıl zinət əşyalarını köhnə paltarlara büküb, adi qara torbaya qoyaraq gizli yerdə saxlayıb.
Lakin bundan xəbəri olmayan həyat yoldaşı evdə təmizlik apararkən torbanı lazımsız əşya hesab edərək küçədəki zibil konteynerinə atıb.
İtkinin dəyərinin 6,13 milyon lirə, yəni hazırkı məzənnə ilə 133 min dollardan çox olduğu bildirilir.
Hadisə ilə bağlı polis və bələdiyyə xidmətləri məlumatlandırılıb. Hüquq-mühafizə orqanları torbanın hansı istiqamətə aparıldığını müəyyən etmək üçün ərazidəki müşahidə kameralarının görüntülərini araşdıracaq.
Mənbə: musavat.com