Yasamalda səkidə aparılan təmir niyə yekunlaşmır? - VİDEO

Yasamalda səkidə aparılan təmir niyə yekunlaşmır? - VİDEO
Səki var amma, hərəkət mümkün deyil. Piyadaların mütəmadi istifadə etdiyi səkidə aparılan təmir-bərpa işləri onların hərəkətini çətinləşdirir.
Xezerxeber.az-a istinadən xəbər verilir ki, görüntülər Yasamal rayonu Şıxalı Qurbanov küçəsindəndir.

Böyük bir ərazini əhatə edən səkidə əsaslı təmir işləri aparılır. Sakinlərin sözlərinə görə, təmir uzun müddətdir başa çatdırılmır. Ərazidə olduğumuz zaman isə hər hansı işin görüldüyünü müşahidə etmədik.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etsək də, münasibət bildirilmədi.

Mənbə: azxeber.com