Türkiyədə güclü zəlzələ

Türkiyədə güclü zəlzələ

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 19,87 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və ya tələfatla bağlı məlumat verilməyib.

Müəllif: Roza

Mənbə: publika.az