Fransada "Formula-1" əfsanəsini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanıldılar

Fransada "Formula-1" əfsanəsini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanıldılar
Fransa polisi "Formula-1" üzrə dördqat dünya çempionu Alen Prostun evinin qarət edilməsində şübhəli bilinən şəxsləri saxlayıb.
Bu barədə "Le Figaro" qəzeti Pontuaz şəhər prokurorluğuna istinadən məlumat yayılıb.

Bildirilib ki, əməliyyat nəticəsində 21-22 yaşlarında üç nəfər, eləcə də 16-17 yaşlarında iki yeniyetmə saxlanılıb.

Prokurorluqdan verilən məlumata görə, iyulun 1-də saxlanılan şübhəlilər silahlı soyğunçuluqda ittiham olunurlar. Yetkin yaşda olan təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, yeniyetmələr isə məhkəmə nəzarətinə verilib. Onları 30 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, "Formula-1" əfsanəsinə qarşı soyğunçuluq hadisəsi may ayında baş verib. Maskalı şəxslər keçmiş pilotun evinə daxil olaraq fiziki zor tətbiq ediblər. Nəticədə Alen Prost kəllə-beyin travması alıb. Hücumçular zor tətbiq etməklə çempionun oğlunu ailəyə məxsus seyfi açmağa məcbur ediblər.

Alen Prost "Formula-1"də 13 mövsüm çıxış edib, 1985, 1986, 1989 və 1993-cü illərdə dünya çempionu olub. Karyerasını başa vurduqdan sonra o, 1997-2001-ci illərdə fəaliyyət göstərən "Prost Grand Prix" komandasını yaradıb.

Mənbə: oxu.az