Azərbaycan vətəndaşı Almaniyada cinayət törətdi

Azərbaycan vətəndaşı Almaniyada cinayət törətdi

Almaniyanın Bavariya vilayətinin Erqoldinq qəsəbəsində azrbaycanlı gənc cinayət törədib.

Bavyera TV-yə istinadla xəbər verilir ki, 24 yaşlı Azərbaycan vətəndaşı qəsəbədə yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edib.

O, bıçaqla hədə-qorxu gələrək kassanı talayıb.

Soyğunçuluqda şübhəli bilinən azərbaycanlı gənc yaxalanıb. Onun barəsində "quldurluq" maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Almaniya qanunvericiliyinə və şəxsi məlumatların qorunması prinsiplərinə əsasən, cinayət törətməkdə şübhəli bilinən şəxslərin adları və soyadları ictimaiyyətə açıqlanmır. Buna görə də şəxsin kimliyi yalnız yaşı və vətəndaşlığı qeyd edilir.

Nazim Hacıyev


Mənbə: yenisabah.az