Banqladeşdə qırıcı qəzaya uğradı: Pilot öldü

Banqladeşdə qırıcı qəzaya uğradı: Pilot öldü

Banqladeşdə döyüş təlimi təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot həlak olub.

Bu barədə Banqladeş silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 təlim təyyarəsi Çittaqonq şəhərinin Patenqa ərazisində mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu katapult edərək xilas olublar ", - məlumatda deyilir.

Üçüncü pilot xəstəxanada dünyasını dəyişib.

Təyyarənin səhər saatlarında Karnaxuli çayına düşdüyü bildirilir. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.

Mənbə: axar.az