Sərkisyanın yarım milyardlıq fırıldağı - Tezliklə hökm oxunacaq

Sərkisyanın yarım milyardlıq fırıldağı - Tezliklə hökm oxunacaq

İrəvanın ümumi yurisdiksiya məhkəməsində hakim Vahe Misakyanın sədrliyi ilə mayın 29-da saat 14:00-da Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan və digərlərinin işi üzrə hökm elan olunacaq.

Bu gün məhkəmədə iş üzrə təqsirləndirilən şəxslərin yekun ifadələri dinlənilib.

Prokuror ittiham aktında Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan, Barseq Beqlaryan və digər şəxslərin iddia müddətinin başa çatması əsasında cinayət məsuliyyətindən azad edilməsini xahiş edib.

İttihama görə, Serj Sarkisyanın təşkilatçılığı və Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın iştirakı ilə Serqo Karapetyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək Ermənistan hökumətinin ehtiyat fondundan dövlət dəstəyi proqramları çərçivəsində dizel yanacağı üçün ayrılan böyük məbləğdə vəsaiti - 489 160 310 dramı mənimsəyib.

Mənbə: www.bakupost.az