Kapadokyada hava balonu qayaların arasına DÜŞDÜ

Kapadokyada hava balonu qayaların arasına DÜŞDÜ

Türkiyənin Kapadokya bölgəsində külək səbəbindən sərnişinlərin olduğu hava balonu qayaların arasında ilişib qalıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Kapadokiyadakülək səbəbindən 22 nəfərin olduğu isti hava balonu yerə düşüb və qayaların arasında qalıb”, – deyə məlumatda bildirilir.

Bölgəyə həkim, polis və yanğınsöndürənlərdən ibarət qruplar göndərilib.

Şarda olan insanlar xilas edilib.

Mənbə: konkret.az