Rusiyaya işləmək üçün gedənlərə daha bir pis xəbər

Rusiyaya işləmək üçün gedənlərə daha bir pis xəbər

Rusiyaya işləmək üçün gedən miqrantların rus dilini yetərincə bilməməsinə görə əlavə tədbirlər görüləcək.

“Rosobrnadzor” dil bilmədikləri halda miqrantların rus dili sertifikatını necə əldə etdiyi ilə bağlı yoxlamalara başlayacağını elan edib. Bu isə miqrasiya nəzarətinin daha da sərtləşdirildiyi anlamına gəlir.

Xatırladaq ki, 2014-cü ildən etibarən Rusiyaya işləmək üçün gələn miqrantlar rus dili, Rusiya qanunvericiliyi və “Rusiya tarixi” üzrə imtahan verməli və müvafiq sertifikat almalıdırlar.

Mənbə: axar.az