Qubada avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Qubada avtoxuliqanlıq edən sürücü

Quba Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları tərəfindən “Mersedes” markalı, 10-RS-201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mirabdulla Sadıqov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Sadıqovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Mənbə: bizim.media