Qaxdakı qəzada ölənlərin kimliyi MÜƏYYƏNLƏŞDİ

Qaxdakı qəzada ölənlərin kimliyi

İyunun 29-da saat 20 radələrində Qax rayonu ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü , 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər- 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.
Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: bizim.media