65 yaşlı kişini ilan sancdı

65 yaşlı kişini ilan sancdı

Şəki sakinini təsərrüfatda ilan sancıb. Hadisə rayonun Daşüz kəndində qeydə alınıb.

Daşüz kənd sakini 65 yaşlı Fadəddin Orucov bu gün səhər erkən saatlarında fərdi təsərrüfatında işləyərkən onu ilan sancıb.

O, hadisədən sonra evinə gəlib və yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasında dərhal ona ilan əleyhinə zərdab vurulub.

Həyata keçirilən müayinələr zamanı bəlli olub ki, pasiyent bir qədər keçikdiyindən zəhər bədəndə yayılıb. Ona görə Fadəddin Orucov reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu, müalicəsinin davam etdirildiyini bildirib.

Mənbə: bizim.media