Bakıda qətl hadisəsi baş verib.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər veri ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Mənbə: qafqazinfo.az