Basketbol oynadı, gündəm oldu - Video

Basketbol oynadı, gündəm oldu - Video

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa maraqlı görüntüləri ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə əl-Şaraanın Dəməşqdə basketbol oynadığı anları əks etdirən görüntülər yayılıb.

Kadrlardan onun keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə birlikdə oynadığını görmək mümkündür.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Mənbə: qafqazinfo.az