Polşa prezidentliyinə namizəd Qrzeqorz Braun Avropa İttifaqının bayrağını ilə ayaqqabılarını silib.
Hadisəni əks etdirən video siyasətçi tərəfindən "X"da paylaşılıb.
Hadisə Katovitse şəhərindəki Sənaye Nazirliyində baş verib. Belə ki, görüntülərdə siyasətçinin Aİ bayrağını endirməsi və yerə atması anları əks olunub.
Daha sonra isə Braun bayrağın üzərinə çıxır və ayaqlarını silir.
"Bura Polşadır, Brüssel deyil!", - deyə o, paylaşımına yazıb.
Gülayə Mecid
Mənbə: unikal.az