Rusiyada 5,1 bal gücündə zəlzələ oldu

Rusiyada 5,1 bal gücündə zəlzələ oldu

Rusiyada 5,1 bal gücündə zəlzələ baş verib.

Təkanlar Kamçatka diyarının Avaça körfəzi akvatoriyasında qeydə alınıb.

Petropavlovsk-Kamçatskinin ayrı-ayrı hissələrində yeraltı təkanlar 3 baladək intensivliklə hiss edilib.

Yeraltı təkanlar nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Mənbə: yenisabah.az