Azərbaycanda 56 il sonra ilk: əslində nə baş verir? – RƏSMİ

Azərbaycanda 56 il sonra ilk: əslində nə baş verir? –

May ayının yağıntılarla başlaması, həmçinin apreldə müşahidə olunan oxşar hava durumu ictimaiyyətdə tez-tez müzakirə edilir. Bəziləri bunun normal olduğunu bildirir, bəziləri əksini iddia edir.

May ayındakı yağıntıların səbəbi nədir? Bu, normal haldırmı?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, aprel və may ayının yağışlı keçməsi normaldır:

gulsad

Gülşad Məmmədova

“Bu aylarda adətən, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv müşahidə olunur. Həmçinin, tez-tez dolu düşür və dağlıq rayonlarına qar yağır. Əvvəlki illərdə də apreldə yağışlı havalar görünüb. Lakin bu il yağan yağıntı aylıq normadan 3 dəfə çox oldu. May ayının ilk günləri də yağıntılı keçir. Bu isə aylıq normanın 50 faizi qədərdir. Amma mayın 8-dən 12-nə kimi Bakı və Abşeron yarımadasında yağış gözlənilmir. Soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə müdaxiləsi nəticəsində hava şəraitinin dəyişməsi müşahidə olunur, hava yağıntılı keçir”.

Hidroloq Rövşən Abbasov bildirib ki, meteoroloji baxımdan illər bolsulu və azsulu olaraq ikiyə bölünür:

rovsen

Rövşən Abbasov

“Məsələn, 1969-cu ilin statistikalarına baxsaq, güclü yağıntıların olduğunu görə bilərik. Əksinə, 1973-cü ildə kifayət qədər quraqlıq olub. İndiki yağışlar isə 2025-ci ilin nisbətən bolsulu il olmasına dəlalət edir. Yağıntılar nəticəsində yaranmış ekstremal hadisələr yaxşı idarə olunmalıdır. Amma hazırkı hava durumu qeyri-adi deyil. Ümumiyyətlə, Azərbaycanda yaz və payız ayları, yay və qışa nisbətən daha yağıntılı keçir”.

Zaira Akifqızı

Mənbə: globalinfo.az