Dünən itkin düşmüşdü, bu gün meyiti tapıldı

Dünən itkin düşmüşdü, bu gün meyiti tapıldı

Ağdaş rayonunda dünən axşam saatlarında itkin düşmüş 66 yaşlı qadının meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Ağcayazı kənd sakini 1959-cu il təvəllüdlü Əkbərova Nazilə Əliabbas qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Dərhal qadının axtarışlarına başlanılıb və bu gün səhər saatlarında N.Əkbərovanın meyiti Yuxarı Şirvan su kanalında tapılıb.

Onun hansı şəraitdə kanala düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az