Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az