Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
Bizim.Media xəbər verir kiŞ qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.
Bildirilib ki, Elgün İbrahimov şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür. (“Qafqazinfo”)
Bizim.Media
Mənbə: bizim.media