Britaniyalı turist 40 metr hündürlükdən yıxılsa da, möcüzə nəticəsində sağ qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Belə ki, o, Avstriyanın yaxınlığındakı Donnerkogel dağından yıxılıb. Mənbənin sözlərinə görə, 21 yaşlı turist iki dağ zirvəsini birləşdirən attraksionunun yaxınlığında dostlarının fotolarını çəkmək üçün təhlükəsizlik kəmərini çıxarıb və təxminən 40 metr hündürlükdən yıxılıb.
Britaniyalının kürəyindən ciddi xəsarət aldığı və onu xilas etmək üçün üç helikopter lazım olduğu bildirilir.

Mənbə: qafqazinfo.az