Paris və Berlin altıncı nəsil Avropa qırıcı təyyarəsinin hazırlanması üzrə birgə proqramdan imtina ediblər.
Bu barədə “The Telegraph” Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb.
Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən “Future Combat Air System” layihəsinin məqsədi 2040-cı ilə qədər “Dassault Rafale” və “Eurofighter Typhoon” qırıcılarını əvəz edəcək yeni təyyarə yaratmaq idi.
Nəşrin məlumatına görə, layihədə iştirak edən “Dassault Aviation” və “Airbus” arasında yaranan fikir ayrılıqları proqramın dayandırılmasına səbəb olub. Fransa vahid Avropa modeli yaratmaq istəsə də, Almaniya öz hərbi tələblərinin fərqli olduğunu bildirib.
Mənbə: azertag.az