Dünyada müdafiə xərcləri rekord həddə çatıb

Dünyada müdafiə xərcləri rekord həddə çatıb

Dünyada müdafiə xərcləri rekord həddə çatıb.

Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yer alıb.

Hesabata əsasən, 2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon dollar təşkil edib. Bu göstərici 2022-ci ildə olduğundan 6,8 faiz çoxdur. Bununla yanaşı, sözügedən artım 2009-cu ildən maksimum göstərici hesab olunur.

Müdafiə sahəsində ən çox vəsait sərf edən ölkələr ilk beşliyində ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı yer alıb. Belə ki, dünya üzrə hərbi xərclərin 61 faizi məhz bu ölkələrin payına düşüb.

Mənbə: qafqazinfo.az