“Şamaxı” daha bir futbolçusu ilə vidalaşdı

“Şamaxı” daha bir futbolçusu ilə vidalaşdı

Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.

Bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölkə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.

Mənbə: qafqazinfo.az