“O ən yaxşı məşqçidir!" - PSJ-nin prezidenti

“O ən yaxşı məşqçidir!" - PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xəlayfi komandasının Çempionlar Liqasının finalında “Arsenal”a qarşı qələbəsindən (1:1, 4:3, pen.) sonra baş məşqçi Luis Enrikenin gələcəyi barədə danışıb.

BBC Əl-Xəlayfinin sözlərini sitat gətirib: “O, ən yaxşı məşqçidir, bu suala cavab verə bilmərəm, amma həqiqətən əminəm ki, hər şey layihə ilə bağlıdır və o, bu layihə üçün ən yaxşı namizəddir”.

PSJ tarixdə ardıcıl iki mövsüm Çempionlar Liqasını qazanan ikinci klub olub.

Mənbə: publika.az