Tofiq Musayev yenidən UFC-də döyüşəcək.
Yüngül çəkidə döyüşən Musayevin növbəti rəqibi slovakiyalı Ludovit Klayn olacaq.
Döyüş avqustun 1-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Xatırladaq ki, Musayev sonuncu dəfə martın 29-da ABŞ-ın Sietl şəhərində çilili İqnasio Bahamondesə qarşı keçirib və onu məğlub etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mənbə: bizim.media