Messi milliyə qoşuldu - FOTO

Messi milliyə qoşuldu -

"İnter Mayami" klubunun 38 yaşlı hücumçusu Lionel Messi yüngül zədə səbəbindən Argentina millisinin qarşıdakı yoldaşlıq görüşündə iştirak etməyəcək.

Dünya çempionu olan komandanın kapitanı artıq yığmanın düşərgəsinə qoşulub.

Argentina millisi iyunun 6-da (Bakı vaxtı ilə iyunun 7-nə keçən gecə) Honduras yığması ilə yoldaşlıq oyunu çərçivəsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Argentina iyunun 16-da (Bakı vaxtı ilə iyunun 17-də) Dünya Çempionatının qrup mərhələsinin ilk matçında Əlcəzair seçməsi ilə qarşılaşacaq. Messinin aldığı əzələ zədəsinin ciddi olmadığı və onun turnirin startına qədər tam hazır olacağı gözlənilir.


Bizim.Media

Mənbə: bizim.media