Futbol agenti Dmitri Çeltsov Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakovun Moskvanın “Lokomotiv” klubundan PSJ- yə mümkün keçidinin təfərrüatlarını açıqlayıb.
Çeltsov “Komment.Show” YouTube kanalında bildirib:
“Batrakovun PSJ-yə keçmə ehtimalı 95 faizdir. PSJ və “Lokomotiv” rəhbərləri artıq 10-dan çox telefon danışığı aparıblar. Gələn həftə Kampuş ( PSJ-nin strateji məsləhətçisi – red.) müqaviləni yekunlaşdırmaq üçün Moskvaya uçacaq. Çox güman ki, bu baş verəcək. Bu müqavilənin baş tutmaması üçün hansısa fors-major hal baş verməlidir. Transfer haqqı 25 milyon, Batrakovun maaşı isə 5-6 milyon avro olacaq. Matvey Safonov 2,5 milyon avro qazanır”.
PSJ-də Rusiya millisinin qapıçısı Matvey Safonov da çıxış edir.

Mənbə: publika.az