Azərbaycanın qadın voleybol millisi İsveç yığmasına uduzdu

Azərbaycanın qadın voleybol millisi İsveç yığmasına uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə başlayıb.

Komandamız bu gün Bakıda 1-ci mərhələ çərçivəsində İsveç yığması ilə qarşılaşıb.

Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 7-də Estoniya millisinə qarşı keçirəcək. Sabah isə İsveç və Estoniya kollektivləri üz-üzə gələcəklər.

Oyunun nəticəsi 5 iyun İsveç - Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)

Mənbə: qafqazinfo.az