“Fənərbağça” ulduzları hədəfə aldı - Siyahıda görün kimlər var

“Fənərbağça” ulduzları hədəfə aldı -

“Fənərbağça” klubu heyətini bir neçə ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

İnsayder Fabrizio Romanonun yaydığı məlumata görə, İstanbul təmsilçisinin maraq dairəsinə “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu düşüb.

Məlumata görə, klubun potensial transfer hədəfləri arasında “Sportinq Lissabon”dan Luis Suares, “Əl-Əhli”dən Merih Dəmiral və “Marsel”dən Meyson Qrinvudun da adları var. Bu keçidlərin reallaşıb-reallaşmayacağı prezident seçkilərinin nəticələrindən asılı olacaq.

“Fənərbağça”da prezident seçkiləri iyunun 6 və 7-də keçirilir. Post uğrunda iki namizəd – Aziz Yıldırım və Hakan Safi mübarizə aparır.

Qeyd edək ki, “Barselona”dan ayrılacaq hücumçu Robert Levandovskinin də İstanbul klubunun maraq dairəsində olduğu bildirilir.

Mənbə: publika.az