Ayxan Abbasovdan Krivotsyuk və Xaybullayevin yığmadan qovulmasına - Münasibət

Ayxan Abbasovdan Krivotsyuk və Xaybullayevin yığmadan qovulmasına - Münasibət

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Anton Krivotsyuk və Abdulla Xaybullayevin yığmadan uzaqlaşdırılmasına münasibət bildirib.

O bu barədə jurnalistlərin suallarını cavablandırıb:

- Abdul Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?

- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.

Mənbə: qafqazinfo.az