İran yığmasının liderindən etiraf: Burada gərgin atmosfer var

İran yığmasının liderindən etiraf: Burada gərgin atmosfer var

İran milli komandasının lideri və hücumçusu Mehdi Taremi Meksikadakı komandasının bazasına gəldikdən sonra ətrafında gərgin və dostcasına olmayan bir atmosfer hiss etdiyini etiraf edib.


Taremi bu barədə ESPN-ə bildirib

“Həmişə deyirlər ki, Dünya Kubokuna ev sahibliyi edən ölkəyə çatdıqdan sonra dostluq və birlik atmosferi hiss olunur. Mən üç Dünya Kubokunda olmuşam və bu, doğru idi, amma indi burada bunu hiss etmirəm. Təəssüf ki, turnir ətrafında çox gərginlik var. Xüsusilə də vizaların verilməsinin rədd edilməsi səbəbindən”.

Əvvəllər İran nümayəndə heyətinin bir sıra nümayəndələrinə sadəcə ABŞ-a viza verməkdən imtina edilmişdi. Xatırladaq ki, İran milli komandası Meksikanın Tixuana şəhərində yerləşəcək, lakin qrup mərhələsindəki üç oyununu faktiki düşmən dövlətin – ABŞ-ın ərazisində keçirəcək. 2026-cı ilin qışından bəri İran və ABŞ arasında fasilələrlə atəşkəs rejimi tətbiq olunmaqla müharibə gedir.

Müəllif: Tural

Mənbə: publika.az