DÇ-2026: Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb

DÇ-2026: Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb

2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.

Qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşır.

Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.

İlk hissədə başqa qol vurulmayıb.

Vankuverdə keçirilən görüş Bakı vaxtı ilə saat 08:00-da başlayıb.

DÇ-2026
D qrupu
14 iyun 08:00
Avstraliya - Türkiyə 1:0

Qol: İrankunda, 27

Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem

Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metcalfe, O'Neill, Okon-Engstler, Toure, İrankunda

Mənbə: apa.az