Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

Mbappe Fransa prezidentliyinə namizəd

"Real Madrid"in hücumçusu Kilian Mbappe gələcəkdə siyasi karyeraya başlamaq və Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olmadığını bəyan edib.

Fransalı ulduzun bu sözlərini ölkəsinin nüfuzlu "L'Équipe" nəşri dərc edib.

Siyasətə qoşulacağı ilə bağlı gəzən şayiələrə aydınlıq gətirən Mbappe iddialara zarafatla cavab verib:

"Xeyr, narahat olmayın, Fransa prezidenti olmaq fikrim yoxdur. Bir çoxları mənə bu barədə danışır, amma bu, planlarıma daxil deyil. Mənə qarşı onsuz da kifayət qədər nifrət var. Gələcəkdə bir az daha diqqətdən kənarda, gözəgörünməz qalmağa çalışıram".


Qeyd edək ki, son dövrlər Mbappenin adı "Real Madrid" düşərgəsindəki qalmaqallarla gündəmdən düşmür. Mətbuatda yayılan məlumatlara görə, aprelin 24-də "Betis"lə oyundan əvvəl məşq matçında onun qeydə alınan ofsayd qərarına görə məşqçilər heyətinin üzvü ilə kəskin və təhqiramiz münaqişəsi yaşanıb.

Mənbə: bizim.media