Messi qol vurduqdan sonra niyə ağlayıb?

Messi qol vurduqdan sonra niyə ağlayıb?

Argentina millisinin 2026-cı il dünya çempionatında Əlcəzair üzərində 3:0 hesablı qələbəsinin əsas qəhrəmanı olan Lionel Messi ilk qoldan sonra göz yaşlarını saxlaya bilməməsinin səbəbini açıqlayıb.

Messi oyundan sonra jurnalistlərə deyib:

“Bəli, ilk qoldan sonra ağladım. Amma bunun futbolla heç bir əlaqəsi yox idi. Son günlər mənim üçün asan keçmədi. Lakin bütün nümayəndə heyətinə və komanda yoldaşlarıma minnətdaram. Onlar həmişə yanımda oldular və mənə böyük dəstək verdilər”.

Qeyd edək ki, Argentina yığmasının hər üç qolunu vuran Messi dünya çempionatlarındakı qollarının sayını 16-ya çatdıraraq Miroslav Klosenin rekorduna şərik olub.

Müəllif: Tural

Mənbə: publika.az