Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraili məğlub edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraili məğlub edib
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib.

Faiq Qarayevin baş məşqçi olduğu komanda İsraillə üz-üzə gəlib.

Şimali Makedoniyanın Strumitsa şəhərində baş tutan görüşdə Azərbaycan millisi 3:0 (25:20, 25:19 25:20) hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.

Mənbə: oxu.az