Aqil Nəbiyev futbolçuları təhqir etdi

Aqil Nəbiyev futbolçuları təhqir etdi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində insident yaşanıb.

Qazaxıstan yığması ilə yoxlama oyununda məğlubiyyətdən (0:1) sonra baş məşqçi Aqil Nəbiyev hisslərinə hakim ola bilməyib.

O, komanda üzvlərini təhqir edib və “sizdən futbolçu olmaycaq” deyərək tək Bakıya qayıdıb.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.

Mənbə: publika.az