Bu yaxınlarda "Qarabağ" klubu ilə yollarını ayıran qapıçı Fabiyan Buntiçin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Xorvatiyalı qolkiper Portuqaliyanın 2-ci liqasında çıxış edən "Farense" klubuna transfer olub.
Klub rəhbərliyi yeni transferini ictimaiyyətə və azarkeşlərə təqdim edərək, "Xoş gəldin, Buntiç!" - deyə xüsusi mesaj paylaşıb.
Xatırladaq ki, Fabiyan Buntiç 2024-cü ildə "Qarabağ" klubuna Almaniyanın "İnqolştadt" komandasından transfer edilmişdi.
Mənbə: oxu.az