“Mançester Yunayted”in və Mərakeş millisinin cinah müdafiəçisi Nussair Mazraui futbolçu karyerasını vaxtından əvvəl başa vurmağı nəzərdən keçirir.
O, gələcək həyatını dinə həsr etmək istəyir. Bu barədə Goal.com məlumat yayıb.
“2026-cı il dünya çempionatından sonra karyeramı başa vura bilərəm. Həyat qısadır. Qurani-Kərimi öyrənmək və gələcəkdə məsciddə imam olmaq istəyərdim”, - deyə Mazraui bildirib.
28 yaşlı müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Hazırda onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.
Mazraui 2026-cı il dünya çempionatında Mərakeş millisinin keçirdiyi hər iki oyunda iştirak edib və ümumilikdə meydanda 170 dəqiqə olub.
Müəllif: Tural
Mənbə: publika.az