“Qarabağ”ın yeni transferi Renaldo Sefasın transferi üçün ödədiyi məbləğ bəlli olub.
"Transfermarkt"ə istinadən xəbər verilir ki, Ağdam klubu yamaykalı hücumçu üçün Rusiyanın "Pari Nijni Novqorod" klubuna 880 min avro (təxminən 1,7 milyon manat) ödəyib.
Xatırladaq ki, "Qarabağ" 26 yaşlı oyunçu ilə üç illik müqavilə imzalayıb.
Mənbə: bizim.media