“İmişli” klubu baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.
Bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Klub onun köməkçiləri - Kriştianu De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.
Xatırladaq ki, Jorj Kaşkilya 2025/2026 mövsümünün əvvəlindən komandada işləyib.
Mənbə: qafqazinfo.az