UEFA-dan AFFA rəsmisinə etimad

UEFA-dan AFFA rəsmisinə etimad

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Elbasani" (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Mənbə: oxu.az