Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Son oyunun nəticələrinə əsasən, hücumçu bu göstərici ilə 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub.
Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyunda məhsuldar ötürmə müəllifi olub.
Bununla da onun dünya çempionatlarının final mərhələlərində məhsuldar ötürmələrinin sayı doqquza yüksəlib. Dünya çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı ildən aparılır.
Mənbə: bizim.media