Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -

Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -

Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Fransa – Paraqvay oyunu ekstremal hava şəraiti ilə yadda qalıb.

Matç zamanı stadionda havanın temperaturu müsbət 43 dərəcəyə çatıb.

Oyunun keçirildiyi qazonun səviyyəsində isə istilik göstəricisi hətta müsbət 60 dərəcəyə kimi yüksəlib.

Futbolçuların səhhətini qorumaq və ekstremal istiliyin mənfi təsirlərini azaltmaq məqsədilə ehtiyat oyunçular skamyasının yanında xüsusi kondisioner sistemləri quraşdırılıb.

Qeyd edək ki, çempionatın bir çox oyununda orta temperatur göstəricisi 30 dərəcədən yüksək olub. Gərgin keçən qarşılaşmanın sonunda Fransa millisi Paraqvay komandasını 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.


Bizim.Media

Mənbə: bizim.media