ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi 2026-cı il futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti qarşılaşması baş tutub.
Sietl stadionunda keçirilən oyunda Belçika millisi ABŞ yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Belçikanın heyətində Şarl de Ketelare 9 və 33-cü dəqiqələrdə dubl edib. Daha sonra Hans Vanaken 57-ci dəqiqədə fərqlənib. Oyunda son nöqtəni isə əlavə olunmuş vaxtda Romelu Lukaku qoyub. ABŞ millisinin yeganə qolunu isə 31-ci dəqiqədə Malik Tillman vurub.
Bu nəticə ilə Belçika dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti raundda İspaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya yığmaları da 1/4 finala yüksəlmişdilər. Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Mənbə: news.milli.az