Argentina İsveçrəyə, Norveç İngiltərəyə qarşı

Argentina İsveçrəyə, Norveç İngiltərəyə qarşı

Bu gecə DÇ-2026-da 1/4 final mərhələsinə yekun vurulacaq.

3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə Norveç İngiltərə ilə üz-üzə gələcək. İkinci qarşılaşmada isə son dünya çempionu Argentina İsveçrəni sınağa çəkəcək.

Bu qarşılaşmalarda qalib gələn tərəflər iyulun 15-də yarımfinalda görüşəcəklər.

DÇ-2026, 1/4 final mərhələsi

12 iyul

01:00. Norveç - İngiltərə;

05:00. Argentina - İsveçrə.

Mənbə: qafqazinfo.az