“Qarabağ” Mahir üçün “Dinamo”ya təklif göndərdi

“Qarabağ” Mahir üçün “Dinamo”ya təklif göndərdi

“Dinamo”nun hücumçusu Mahir Emreli “Qarabağ”a keçə bilər.

Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün “Dinamo”ya təklif göndərib.

“Germanijak” portalı məsələ haqda bunları yazıb:

“Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. “Qarabağ”ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik”.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Mənbə: qafqazinfo.az