Ardanın qoluna “Real”dan münasibət - Video

Ardanın qoluna “Real”dan münasibət - Video

Türkiyə millisinin üzvü Arda Gülərin AÇ-2024-ün açılış oyununda Gürcüstanla qarşılaşmada vurduğu fantastik qola “Real Madrid”dən də münasibət gəlib.

Gülər açıqlamasında komanda yoldaşı Antonio Rüdigerin ona zəng etdiyini və möhtəşəm qola imza atdığını dediyini bildirib.

Həmçinin “Kral klubu”nun çalışdırıcısı Karlo Ançelottinin də ona yazdığını qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az